XƏBƏRLƏR Arxiv 818 Çap et
01.11.2023 / Yeni nəşrlər “Azərbaycan Fiziologiya jurnalı”Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər siyahısına daxil edilib

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu baş direktoru, professor Ulduz Həşimovanın redaktorluğu ilə “Azerbaijan Journal of Physiology” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına salınıb. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin təşəbbüsü ilə nəşr edilən jurnalda insan və heyvan fiziologiyasının bütün bölmələri və əlaqəli elmlərin – biokimya, biofizika, molekulyar biologiya, zoologiya, farmakologiya, biotibb və digərlərinin fizioloji aspektlərinə aid elmi tədqiqatların nəticələri üzrə məqalələr çap edilir. Jurnala məqalələr ingilis dilində qəbul edilir. Jurnal  dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib və 2959-2933 (print) və  2959-2941 (online) ISSN indeksini alıb və bir neçə referativ bazalarda və axtarış sistemlərində  yerləşdirilib. Jurnal rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.

 

©Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.