Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 8 noyabr Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşən, bu yolda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev kollektivi Zəfər günü münasibəti ilə təbrik edib, bu günün xalqımızın həyatında ən şanlı bayramlardan biri olduğunu vurğulayıb. I və II Qarabağ müharibələrində Fiziologiya İnstitutunun əməkdaşlarının da iştirak etdiklərini diqqətə çatdıran profssor qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu II Qarabağ savaşında zəfər qazanmaqla şanlı tarix yazıb.
Daha sonra “Bioloji fəal maddələrin farmakologiyası” laboratoriyasının müdiri, I Qarabağ müharibəsinin veteranı, biologiya üzrə fəlsəfə doktoru Xanağa Babayev, İnstitutun Gənc Alimlər Şurasının sədri, elmi işçi Afaq Nurullayeva, 44 günlük müharibənin iştirakçıları qazi Rüfət Hacızadə, qazi Vüsal Yusifov, qazi Arzuman Vəliyev çıxış edərək, 44 günlük müharibə dövründə yaşananlarla bağlı xatirələrini bölüşüblər.
Sonda isə institut əməkdaşlarının iştirakı ilə kollektiv xatirə şəkil çəkilib.
©Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.