26 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya, Mikrobiologiya və Abdulla Qarayev adına Fiziologiya İnstitutlarının alimlərinin iştirakı ilə birgə iclas keçirildi. İclasda Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, Fiziologiya İnstitutunun baş direktoru b.e.d., professor Ulduz Həşimova, Zoologiya İnstitutunun baş direktoru a.e.ü.f.d., dosent Ələddin Eyvazov və hər üç institutun alimləri iştirak edirdilər. İclasın keçirilməsində əsas məqsəd birgə layihələrin hazırlanması olmuşdur. İlkin olaraq institutların mandatına uyğun olaraq qlobal iqlim dəyişmələri fonunda Xəzər dənizinin biotasının öyrənilməsi mövzusu üzərində müzakirələr aparıldı. Müzakirələrdə AMEA-nın müxbir üzvü İlham Ələkbərov, biologiya elmləri doktorları Arif Mehdiyev, Elman İsgəndər, Asif Manafov, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov və başqaları sözügedən məsələlərlə bağlı fikir mübadiləsi apardılar. Sonda müvafiq qərarlar qəbul edildi.