XƏBƏRLƏR Arxiv 363 Çap et
20.02.2024 / Konfranslar, iclaslar Bakı Dövlət Universiteti tələbələri Fiziologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Bakı Dövlət Universiteti tələbələri Fiziologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına  Fiziologiya İnstitutu ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq çərçivəsində BDU-nun Biologiya fakültəsinin bakalavr tələbələri Fiziologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər. 

Elmira Nurəddin qızı Pənahovanın və Xatirə Məmməd qızı Səfixanovanın rəhbərliyi ilə bir qrup tələbə istehsalat təcrübəsində iştirak ediblər. Tələbələrə elmi-praktiki işlərin yerinə yetirilməsi prosesləri izah edilib.

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb və onlarla fikir mübadiləsi aparılıb.