XƏBƏRLƏR Arxiv 987 Çap et
21.02.2024 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib

Fiziologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin 2017-2023-cü illərdə fəalliyyəti üzrə hesabat-seçki yığıncağı keçirilib

Fevralın 21-də AR Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Elm və Təhsil Nazirliyinin Elmi Təşkilatların Birləşmiş Həmkarlar Komitəsi Rəyasət Həyətinin üzvü, kimya elmləri doktoru, professor Arif Əfəndinin iştirakı ilə iclas keçirilib. Direktor vəzifəsini icra edən, biologiya elmlər doktoru, professor Ulduz Həşimova əməkdaşları salamladıqdan sonra sözü İcraçı direktor, fizika-riyaziyyat elmləri doktoru, professor  Əhməd Hacıyevə verib. Fiziologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin 2017-2023-cü illərdə hesabat fəalliyyəti üzrə məruzə edilib. Komitəyə yeni sədrin və üzvlərin təyin olunması üçün keçirilən səsvermənin nəticələri açıqlanıb. İnstitut əməkdaşlarının yekdil qərarı ilə Elmi İnnovasiya şöbəsinin müdiri b.ü.f.d Qurbanova Gilas institutun Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib. Sonda Ulduz Həşimova və Arif Əfəndi Komitənin gələcək işlərində uğurlar arzu ediblər.