XƏBƏRLƏR Arxiv 1865 Çap et
26.02.2024 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunda Xocalı faciəsinin 32-ci il dönümünə həsr olunan tədbir keçirilib

AR ETN-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 32-ci il dönümünə həsr olunan tədbir keçirlib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun baş direktoru, professor Ulduz Həşimova, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərdən danışıb.

Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Nurullayeva Afaq çıxış edərək ermənilərin Azərbaycanda törətdikləri bu soyqırımının dünyada ən qanlı cinayətlərdən biri olduğunu bildirib, Hüceyrəni morfofunksional plastikliyi laboratoriyasının rəhbəri professor Əskərov Fəxrəddin erməni yalanlarını ifşa etməyin vacibliyini vurğulayıblar.

Mühit amilləri və analiozatorlarının formalaşması laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlardan, Xocalıda törədilən faciənin acılarından söz açıb.