XƏBƏRLƏR Arxiv 502 Çap et
29.02.2024 / Mühüm hadisələr AR ETN Fiziologiya İnstitutunda BDU-nun magistrantları elmi-tədqiqat təcrübəsi keçirlər

AR ETN Fiziologiya İnstitutunda BDU-nun magistrantları elmi-tədqiqat təcrübəsi keçirlər

 AR Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına  Fiziologiya İnstitutu ilə Bakı Dövlət Universiteti arasında uzun müddət davam edən qarşılıqlı əməkdaşlıq çərçivəsində BDU-nun Biologiya fakültəsinin “Biologiya” ixtisası üzrə  təhsil alan II kurs magistrantları Fiziologiya İnstitutunda 26.02.2024-15.03.2024-cü tarixinədək elmi-tədqiqat təcrübəsi keçəcəklər. Magistrantlar ixtisaslarına müvafiq olaraq müxtəlif laboratoriyalarda nəzəri və praktiki biliklərə yiyələnirlər. Tələbələr, Mehdiyev Arif Əli-Övsəd oğlu , Pənahova Elmira Nürəddin qızı , Qazıyev Afiq Qurbanəli oğlu , Miryusifova Xuraman Mirhəsən qızı , Rəhimova Xalidə Gülabbas qızının  rəhbərliyi altında elmi-tədqiqat təcrübələri aparırlar.