AR ETN Fiziologiya İnstitutunda Sumqayit Dövlət Universitetinin tələbələri istehsalat təcrübəsi keçirlər
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Sumqayit Dövlət Universitetinin biologiya fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsinə başlayıb. Təcrübə müddəti 27 fevral-24 may tarixlərini əhatə edəcək.
Tələbələrə dünya praktikasında tətbiq olunan metodlar haqqında məlumat verilib. Eyni zamanda, tələbələr institutun laboratoriyaları və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.
Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb və onlarla fikir mübadiləsi aparılıb.
25 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək
30 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək