XƏBƏRLƏR Arxiv 153 Çap et
05.04.2024 / Konfranslar, iclaslar BDU-nun“SABAH” qrupunun III kurs tələbələri akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda infosessiyada iştirak ediblər.  

Aprelin 4-də b.ü.f.d., dosent Süleymanova İradə Əli qızının rəhbərliyi altında akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda tətbiqi zoologiya fənni üzrə, Bakı Dövlət Universitetinin “SABAH” qrupunun biologiya müəllimliyi ixtisası üzrə III kurs tələbələri infosessiyada iştirak ediblər. İnfosessiya vaxtı onlar “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının müdiri b.e.d., Mehdiyev Arif-Ala Əli-Övsəd oğlu,  “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası” laboratoriyasının böyük elmi işçisi b.ü.f.d., Miryusifova Xuraman Mirhəsən qızı, “Ekotoksikologiya” laboratoriyasının böyük elmi işçisi b.ü.f.d., Yusifova Sevinc Loğman qızının rəhbərliyi altında, heyvanlar üzərində aparılan tədqiqatlarla yaxından tanış olub və fəal iştirak ediblər.