24 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantı b.ü.f.d., dosent Adıgözəlova Vəfa Alman qızının 2411.01 – “İnsan və heyvan fiziologiyası” və 2406.02 – “Biokimya” ixtisaslarından biologiya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Naftalan neftinin müalicəvi təsirinin fizioloji və biokimyəvi əsasları” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İclasda “Bioloji fəal maddələrin farmakologiyası”, ”Mühit amilləri və analizatorların formalaşması”, ”İnteqrativ fəaliyyətin molekulyar əsasları”, “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası” və “Ontogenezin biokimyası” laboratoriyalarının əməkdaşları iştirak ediblər.
Dissertasiya işiAkademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Bioloji fəal maddələrin farmakologiyası” laboratoriyasında yerinə yetirilib. B.ü.f.d., dosent V. Adıgözəlova dissertasiya işinin aktuallığı, məqsədi, aparılan işlərin məzmunu və aldığı nəticələr barədə ətraflı məlumat verib.
Dissertasiya ətrafında geniş müzakirələr aparılıb. Doktorant rəyçilərin və digər alimlərin suallarını cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması barədə qərar qəbul olunub.