XƏBƏRLƏR Arxiv 376 Çap et
25.06.2024 / Konfranslar, iclaslar Dissertassiya şurasının növbəti iclası keçirilib

  25 iyun 2024-cü il tarixində BED1.08 Birdəfəlik dissertasiya şurasında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev
adına Fiziologiya İnstitutunun əməkdaşı və elmlər doktoru hazırlığı üzrə
dissertantı Hüseynov Əlipənah Hüseynağa oğlunun 2411.01 – “İnsan və heyvan
fiziologiyası” ixtisasında “Hipoksiyanın inkişaf edən beynin elektrik aktivliyinə
təsir mexanizmləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi
keçirilib.

  Dissertasiya işi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun
“Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasında yerinə yetirilib.
İddiaçı dissertasiyanın müdafiəyə çıxarılan əsas müddəalarını geniş şərh edərək
tədqiqatın elmi yeniliyini, nəzəri və praktiki əhəmiyyətini şura üzvlərinin diqqətinə
çatdırdı.
 

  Rəsmi opponentlərin, o cümlədən Rusiya Federasiyası və Gürcüstan
Respublikasından olan opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi
ətrafında geniş müzakirələr aparılıb. İddiaçı şura üzvlərinin suallarını
cavablandırıb, opponentlərin tövsiyə və iradlarına öz münasibətini bildirib.
İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin
nəticələrinə əsasən Əlipənah Hüseynova biologiya elm sahəsi üzrə elmlər doktoru
elmi dərəcəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar
qəbul edilib.