XƏBƏRLƏR Arxiv 306 Çap et
28.06.2024 / Konfranslar, iclaslar Elmi şurasının növbəti iclası keçirilib

28 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun icraçı direktoru, f.-r.e.d., professor Əhməd Hacıyev şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

İnstitutda 2024-cü ilin birinci yarımilliyində yerinə yetirilən elmi tədqiqat işlərinin icra vəziyyəti haqqında müzakirələr aparılıb, elmi–təşkilati  fəaliyyət dəyərləndirilib. Elmi şura üzvlərinin  açıq səsverməsi ilə institutun 2024-cü ilin birinci yarımili üçün elmi-tədqiqat və elmi–təşkilati fəaliyyətinə dair hesabatı qənaətbəxş hesab edilib.

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Elmi şurasının 2024-cü ilin ikinci  yarımili üçün iş planı müzakirə edilərək təsdiq olunub.  

İclasın gündəliyinə uyğun olaraq institutun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Günay Məlikovanın dissertasiya mövzusunda qismən dəyişiklik edilməsi məsələsinə baxılmış, Şura üzvlərinin  mövzu ilə bağlı irad və təklifləri nəzərə alınaraq qismən dəyişiklik haqqında qərar qəbul edilmişdir.