XƏBƏRLƏR Arxiv 266 Çap et
11.07.2024 / Görüşlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutununda görüş keçirib

11 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi   Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutununda Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəis müavini, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev və Elmi-Praktik və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədovla görüş keçirib. İki təşkilat arasında toksikologiya, xüsusən də ətraf mühitin keyfiyyətinin və onun insan sağlamlığına təsirinin qiymətləndirilməsi barədə əməkdaşlıq məsələləri müzakirə edilib. Hər iki təşkilat artıq immunofiziologiya sahəsində əməkdaşlıqda kifayət qədər təcrübəyə malikdir və orqanizmin immun sisteminin yoluxucu yad agentlərin təsirinə reaksiyasını proqnozlaşdıran bioloji markerlər panelinin hazırlanması ilə nəticələnir. Sonda qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın və məlumat mübadiləsinin genişləndirilməsi qərara alınıb.