XƏBƏRLƏR Arxiv 284 Çap et
26.09.2024 / Konfranslar, iclaslar 26 sentyabr 2024-cü il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçirilmişdir.

 

     25 iyun 2024-cü il tarixində BED1.08 Birdəfəlik dissertasiya şurasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşı və  elmlər doktoru hazırlığı üzrə dissertantı Hüseynov Əlipənah Hüseynağa oğlunun 2411.01 – “İnsan və heyvan fiziologiyası” ixtisasında “Hipoksiyanın inkişaf edən beynin elektrik aktivliyinə təsir mexanizmləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi  keçirilib.

     Dissertasiya işi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasında yerinə yetirilib.

     İddiaçı dissertasiyanın müdafiəyə çıxarılan əsas müddəalarını geniş şərh edərək tədqiqatın elmi yeniliyini, nəzəri və praktiki əhəmiyyətini şura üzvlərinin diqqətinə çatdırdı.

    Rəsmi opponentlərin, o cümlədən Rusiya Federasiyası və Gürcüstan Respublikasından olan opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. İddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına öz münasibətini bildirib. İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Əlipənah Hüseynova  biologiya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.