XƏBƏRLƏR Arxiv 186 Çap et
04.11.2024 / Konfranslar, iclaslar 8 noyabr- Zəfər Günü

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik  şəhidlərin xatirəsinin sükutla yad edilməsi ilə başlayan 8 noyabr Zəfər gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, b.e.d., professor Ulduz Həşimova  açıq elan edib.

Daha sonra İnstitutun icraçı direktoru, f.-r.e.d., professor Əhməd Hacıyev çıxışında bildirib ki, xalqımızın yaddaşında əbədiləşən, 2020-ci il sentyabr ayının 27-dən düşman təxribatlarının qarşısını almaq məqsədi ilə başlayıb, 44 gün ərzində davam edən və sonda Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən II Qarbağ Müharibəsi, Vətən Müharibəsi, tariximizin ən şanslı səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrilib. Həmin günlərdə xalqımız öz liderini – Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müzəffər Azərbaycan Ordusunun gücünü-qüdrətini və yenilməzliyini dünya qarşısında nümayiş etdirməyə müvəffəq oldu. Prezident İlham Əliyev müzəffər sərkərdə kimi həm hərb meydanında, həm də diplomatik cəbhədə öz yenilməz iradəsini ortaya qoydu! 8 noyabr 2020-ci il Ali Baş Komandanın və şanlı Azərbaycan əsgərinin yenilməz hünəri sayəsində şanlı qəhramanlıq dastanına çevrildi!

Həmçinin, “Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasının rəhbəri, b.ü.f.d., dosent Afiq Qazıyev, “Hüceyrənin morfofunksional plastikliyi” laboratoriyasının rəhbəri, b.e.d., professor Fəxrəddin Əskərov, 44 günlük müharibə iştirakçısı, “Vətən müharibəsi” qazisi Vüsal Yusifov, Gənc alimlər Şurasının sədr müavini İranə Qələndərli, məruzə etdilər.

Tədbir,“8 noyabr- Zəfər Günü”nə  həsr olunmuş videoçarxın nümayiş olunması ilə bitib.