XƏBƏRLƏR Arxiv 236 Çap et
05.11.2024 / Konfranslar, iclaslar Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda illik hesabatlar dinlənilmişdir.

05 noyabr 2024-cü il tarixində AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru b.e.d., professor Ulduz Həşimova gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırdı.

İclasda institutun laboratoriyalarının illik hesabatları dinlənilib. “Kliniki neyrofiziologiya” laboratoriyasının müdiri t.e.d., professor Əli Allahverdiyev, “Ekotoksikologiya” laboratoriyasının müdiri b.ü.f.d., dosent Qriqoriy Palatnikov, “Bioloji fəal maddələrin farmakologiyası” laboratoriyasının müdiri b.ü.f.d., dosent Xanağa Babayev hesabat məruzələrlə çıxış etdilər. Laboratoriya müdirləri öz çıxışlarında cari ildə laboratoriyada aparılmış elmi tədqiqat işlərinin mühüm nəticələri, nəşriyyat fəaliyyəti, müxtəlif elmi tədbirlərdə çıxışlar, təşkilati fəaliyyət və b. haqqında ətraflı məlumat verdilər.

Sonda hesabatlar ətrafında geniş müzakirələr aparılaraq qəbul edildi.

Elmi şuranın iclasında 2024-cü ildə fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olanların fərdi iş planları müzakirə edilərək təsdiq olundu.