XƏBƏRLƏR Arxiv 119 Çap et
07.11.2024 / Konfranslar, iclaslar Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda illik hesabatlar dinlənilmişdir

07 noyabr 2024-cü il tarixində AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasında illik hesabatların dinlənilməsi davam etmişdir. İnstitutun baş direktoru b.e.d., professor Ulduz Həşimova iclası giriş sözü ilə açaraq gündəlikdə olan məsələlər haqqında məlumat verdi.

İclasda institutun laboratoriyalarının illik hesabatları dinlənilib. “Radiasiya fiziologiyası” laboratoriyasının müdiri f.-r.e.d., prof. Əhməd Hacıyev, “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası” laboratoriyasının müdiri b.e.d. Elmira Pənahova, “Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasının müdiri b.ü.f.d., dosent Afiq Qazıyev və “Ontogenezin biokimyası” laboratoriyasının müdiri b.ü.f.d., dosent Leyla Qədirova hesabat məruzələrlə çıxış etdilər. Laboratoriya müdirləri öz çıxışlarında cari ildə laboratoriyada aparılmış elmi tədqiqat işlərinin əsas nəticələri, nəşriyyat fəaliyyəti, beynəlxalq və yerli əlaqələr, müxtəlif elmi tədbirlərdə çıxışlar, kadr hazırlığı və b. haqqında ətraflı məlumat verdilər.

Sonda hesabatlar ətrafında geniş müzakirələr aparılaraq qəbul edildi.