XƏBƏRLƏR Arxiv 88 Çap et
26.11.2024 / Konfranslar, iclaslar Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda illik hesabatlar dinlənilmişdir

26 noyabr 2024-cü il tarixində AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru b.e.d., professor Ulduz Həşimova gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırdı.

İclasda institutun “Hüceyrənin morfofunksional plastikliyi”, “İnteqrativ fəaliyyətin molekulyar əsasları”, “İmmunofiziologiya və eksperimental transplantologiya”, “Qocalmanın fiziologiyası” laboratoriyalarının illik hesabatları dinlənilib.

Laboratoriya müdirləri öz çıxışlarında cari ildə laboratoriyada aparılmış elmi tədqiqat işlərinin mühüm nəticələri, nəşriyyat fəaliyyəti, müxtəlif elmi tədbirlərdə çıxışlar, təşkilati fəaliyyət haqqında ətraflı məlumat verdilər.

Sonda hesabatlar ətrafında geniş müzakirələr aparılaraq qəbul edildi.