XƏBƏRLƏR Arxiv 31 Çap et
31.01.2025 / Konfranslar, iclaslar AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 2025-ci il üçün elmi-tədqiqat planları müzakirə edilib

Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Elmi şuranın 2025-ci ildə növbəti iclası keçirilib.

İclası institutun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova  açaraq gündəlikdəki məsələləri qeyd edib. İnstitutda fəaliyyət göstərən laboratoriyaların 2025-ci il üçün elmi-tədqiqat planları və elmi işçilərin fərdi iş planları müzakirə edilərək qəbul edilib. Elmi şura tərəfindən təsdiqlənən planlarda institutun elmi fəaliyyətinin istiqamətləri, həmçinin qarşıda duran strateji hədəflər əks olunub.

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 10 yanvar 2025-ci il tarixli məktubu iclasda müzakirə olunub. Dissertasiya mövzularının müəyyən edilmiş tələblərə uyğun hazırlanması üçün müvafiq göstərişlər verilib.

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantları: Lamiyə Həsənova, Afaq Nurullayeva, Nigar Teymurova və Aytən Muradovanın ərizələri, onların elmi rəhbərlərinin təqdimatı əsasında dissertasiya mövzularının adında qismən dəyişiklik edilməsi məsələsinə baxılmış və şura üzvlərinin təklifləri nəzərə alınmaqla qəbul olunmuşdur.

Azərbaycan Fizioloqlar Cəmiyyətində 2025-ci ildə keçiriləcək elmi seminarların planı Elmi şurada təsdiqlənib. Bu seminarlar institut əməkdaşlarının, həmçinin cəmiyyət üzvlərinin tədqiqat nəticələrini təqdim etməsi və müzakirə aparması üçün vacib platforma rolunu oynayır.

İclasın sonunda gündəlikdəki cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.