14 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD1.08 Dissertasiya şurasında Əlibəyova Samirə Səadət qızının 2406.02 – “Biokimya” ixtisasında biologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Güləş idman məşqlərinin qanın lipid spektrinə və bəzi immun göstəricilərinə təsiri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Təqdim edilən işin rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevdir. İddiaçı dissertasiya işinin əsas müddəalarını, aldığı yeni elmi nəicələri, işin nəzəri və praktiki əhəmiyyətini ətraflı şərh etdi. Təqdimatdan sonra opponentlərin çıxışları dinlənildi və dissertasiya ətrafında geniş müzakirələr aparıldı. Samirə Əlibəyova verilən sualları cavablandırdı, irad və təkliflərə öz münasibətini bildirdi. İclasın sonunda dissertasiya şurası elektron gizli səsvermə keçirdi. Dissertasiyanın müdafiəsinə və səsvermənin nəticəsinə əsasən iddiaçıya elmi dərəcə verilməsi haqqında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılmasına qərar verildi.