Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Sağlamlığın Qorunmasında İnnovativ Biotibb və Təhsil Texnologiyaları üzrə Pavlov Beynəlxalq Resurs Mərkəzinin (Sankt-Peterburq) aparıcı mütəxəssisi Mariya Fazulyanova ilə görüş keçirilib. Görüş Rusiya Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutu ilə qarşılıqlı əməkdaşlıq sazişi çərçivəsində baş tutub. İnstitutun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşımovanın qonaqla apardığı müzakirələrdə insan orqanizminin funksional ehtiyatlarının fundamental və tətbiqi araşdırmaları üzrə beynəlxalq əməkdaşlıq məsələlərinə toxunulmuşdur. Görüşə onlayn formatda qoşulan İ.P. Pavlov adına Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Yelena Rıbnikova ilə birgə elmi-tədqiqat layihələri ətrafında fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində rəsmi sənədlər imzalanıb, institutun kitabxanasına bir neçə elmi nəşr hədiyyə edilib.