06 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD1.08 Dissertasiya şurasında Kərimova Nazilə Tələt qızının 2406.02 – “Biokimya” ixtisasında biologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Neonatal sepsisin biokimyəvi xüsusiyyətləri, müasir klinik-laborator və proqnostik meyarları” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.Təqdim edilən işin elmi rəhbəri biologiya elmləri doktoru, professor Arif Əfəndiyevdir.Tədqiqatın əsas məqsədi bəzi biokimyəvi göstəricilərin informativliyinin təyini əsasında vaxtında və vaxtından əvvəl doğulan uşaqlarda sepsis zamanı immun sistemdə baş verən dəyişikliklərin patogenetik mexanizmlərinin öyrənilməsi olmuşdur.İddiaçı tədqiqatın vəzifələri, metodları, müdafiəyə çıxarılan əsas müddəaları, aldığı yeni elmi nəicələri, işin nəzəri və praktiki əhəmiyyətini ətraflı şərh etdi. Təqdimatdan sonra opponentlərin çıxışları dinlənildi və dissertasiya ətrafında geniş müzakirələr aparıldı. İddiaçı verilən sualları cavablandırdı, irad və təkliflərə öz münasibətini bildirdi. İclasın sonunda dissertasiya şurası elektron gizli səsvermə keçirdi. Dissertasiyanın müdafiəsinə və səsvermənin nəticəsinə əsasən iddiaçıya elmi dərəcə verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılmasına qərar verildi.