XƏBƏRLƏR Arxiv 95 Çap et
11.03.2025 / Görüşlər Fiziologiya İnstitutunun layihələri Pavlov Beynəlxalq Resurs Mərkəzinin iclasında müzakirə olunub

Azərbaycan, Rusiya və Qırğızıstan alimlərinin iştirakı ilə Sağlamlığın Qorunmasında İnnovativ Biotibbi və Təhsil Texnologiyaları üzrə Pavlov Beynəlxalq Resurs Mərkəzi (PBRM, Sankt-Peterburq) çərçivəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə həsr olunmuş işgüzar iclas keçirilmişdir. Online formatda baş tutan tədbirdə giriş sözü ilə AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşımova, PBRM-in Rusiya Bölməsinin rəhbəri, İ.P. Pavlov adına Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, professor Yelena Rıbnikova, PBRM-in “İnsan orqanizminin funksional ehtiyatlarının fundamental və tətbiqi tədqiqatları layihəsi”nin rəhbəri tibb elmləri doktoru, professor, Qırğızıstan Dövlət Tibb Akademiyasının akademiki Rustam Tuxvatşin çıxış etmişlər. İclasın gündəliyində olan əsas məsələ Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birgə əməkdaşlıq üçün təqdim etdiyi 2 layihənin – “Sağlam qocalma və uzunömürlülüyün immunofizioloji və hormonal əsasları” və “Qocalmanın (erkən qocalmanın) molekulyar mexanizmləri: yaşla bağlı dəyişikliklərin tənzimlənməsində sirtuinlərin rolu” layihələrinin müzakirəsi olmuşdur. Hər iki layihə iştirakçılarda böyük maraq doğurmuş və geniş müzakirələrdən sonra PBRM çərçivəsində birgə qrant layihəsi kimi hazırlanaraq maliyə dəstəyi üçün təqdim edilməsi qərara alınmışdır.