AR Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Qocalmanın fiziologiyası” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zenfira Qədimovanın ideya müəllifi kimi rəhbərliyi altında hazırlanmış tədqiqat layihəsi müsabiqədə III yer tutaraq bürünc medala layiq görülmüşdür. Bu uğur İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın rəhbərliyi altında ölkəmizin müxtəlif regionlarında aparılan uzunömürlülüklə bağlı geniş tədqiqatların nəticəsidir. Final mərhələsinə gənc alimlər üçün heç də asan olmayıb. Ümumilikdə müsabiqəyə 654 layihə təqdim edilib, onlardan yalnız 138-i finala keçib. Şagirdlərin iştirak etdiyi "Tibb və Sağlamlıq" nominasiyası üzrə 67 layihə mübarizə aparıb və yalnız 12-si I, II, III yerlər uğrunda yarışıblar. Aran regionunda aparılmış tədqiqat işi vətənimizin uzunömürlülük diyarı kimi tanınmasına bir daha öz töhfəsini verməklə sabahın alimlərini yeni elmi-tədqiqat uğurlarına çağırır.