XƏBƏRLƏR Arxiv 125 Çap et
09.04.2025 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun doktorant və dissertantlarının attestasiyası keçirilib

    09 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda  elmlər doktoru və fəlsəfə doktoru hazırlığı keçən doktorant və dissertantların attestasiyası keçirilib.

    Attestasiya İnstitutun baş direktoru b.e.d., professor Ulduz Həşimovanın sədrliyi ilə keçib. İnstitutun  dissertantları və doktorantları Attestasiya Komissiyası qarşısında yerinə yetirdikləri araşdırmalar haqqında çıxış edib, sonra onların fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələri, konfranslarda iştirakı, nəşriyyat fəaliyyətləri müzakirə edilib.

   Komissiya üzvləri hər bir dissertantın və doktorantın işinə aid tövsiyyələrini bildirdikdən sonra, onların növbəti tədris ilində hazırlıqlarını davam etdirmək haqqında qərar qəbul edilib.