AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi Şurasının institutun aparıcı elmi işçilərinin iştirakı ilə iclas keçirilmişdir. İclası giriş sözü ilə açan institutun baş direktoru b.e.d., professor Ulduz Həşimova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələləri diqqətə çatdırdı. İnstitutun tematik planlarına yenidən baxılması, dünya elminin çağırışlarına cavab verən, Respublikanın sosial-iqtisadi inkişafına xidmət edən elmi tədqiqatların planlaşdırılmasının və həyata keçirilməsinin vacibliyi vurğulandı. İclasda gündəlikdə duran əsas məsələ - institutun perspektiv elmi istiqamətlərinin müəyyənləşdirilməsi üzrə aparıcı alimlərin çıxışları dinlənildi və geniş müzakirə olundu. Daha sonra kadr hazırlığı ilə bağlı məsələlər müzakirə olundu.
25 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək
30 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək