XƏBƏRLƏR Arxiv 111 Çap et
22.05.2025 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunda 2025-ci il üçün yay imtahan sessiyası çərçivəsində doktorluq imtahanı keçirilmişdir

  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 2025-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların yay imtahan sessiyası çərçivəsində doktorluq imtahanı keçirilmişdir.

  Mayın 22-də “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə doktorantlar İbadova Rima, Məlikova Günay, Həsənova Lamiyə və dissertant Hüseynova Nigar doktorluq imtahanında iştirak etmişlər.

  İmtahan “Fəlsəfə doktoru imtahanlarının keçirilməsi Qaydası”na əsasən, İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın əmri ilə yaradılmış imtahan komissiyası tərəfindən tərtib edilmiş biletlər əsasında yazılı və şifahi sorğu üsulu ilə keçirilmişdir.

  İmtahan uğurla başa çatmışdır.