Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 2025-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların yay imtahan sessiyası çərçivəsində doktorluq imtahanı keçirilmişdir.
Mayın 23-də “Biokimya” ixtisası üzrə doktorant Əfəndiyeva Gülnar doktorluq imtahanında iştirak etmişdir.
İmtahan “Fəlsəfə doktoru imtahanlarının keçirilməsi Qaydası”na əsasən, İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın əmri ilə yaradılmış imtahan komissiyası tərəfindən tərtib edilmiş biletlər əsasında yazılı və şifahi sorğu üsulu ilə keçirilmişdir.
İmtahan uğurla başa çatmışdır.
25 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək
30 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək