23–24 may tarixlərində Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Təbiət və Sosial Elmlər Sahəsində Qlobal Çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir.
Konfransda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Qocalmanın fiziologiyası” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zenfira Qədimova iştirak edib.
Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutan bu mötəbər elmi tədbirdə institutumuzun elmlər doktorluğu proqramı üzrə doktorantları Zenfira Qədimova və dosent Tükəzban Rüstəmova “Fiziologiyanın aktual problemləri” bölməsinə həmsədrlik etmişlər.
Bölmədə təqdim olunan elmi məruzələr konfrans iştirakçıları tərəfindən böyük maraq və diqqətlə qarşılanmışdır.
25 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək
30 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək