XƏBƏRLƏR Arxiv 32 Çap et
29.05.2025 / Görüşlər Beynəlxalq Layihə üzrə Onlayn Görüş keçirilib

   29 may 2025-ci il tarixində “Autizm Spektr Pozuntularının (ASP)
İntegrativ Tədqiqi: Etiopatogenezdən Fərdiləşdirilmiş Terapiyaya doğru”
adlı beynəlxalq layihənin hazırlanması çərçivəsində onlayn işçi görüş
keçirildi.
   Görüşdə Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstanın aparıcı
elmi müəssisələrinin nümayəndələri iştirak etdilər. Autizm spektr
pozuntuları sahəsində fundamental və tətbiqi tədqiqat istiqamətləri,
xüsusilə fənlərarası və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olundu.
   Layihənin elmi məsləhətçisi, biologiya elmləri doktoru, professor
Ulduz Həşimova beynəlxalq əməkdaşlığın və kompleks yanaşmanın
əhəmiyyətini vurğuladı. Layihə çərçivəsində ASP-nin genetik, molekulyar
və neyrobioloji mexanizmləri öyrəniləcək, fərdiləşdirilmiş terapevtik
strategiyalar hazırlanacaq.
   Tərəflər layihənin reallaşdırılmasında elmi və klinik təcrübənin
inteqrasiyasını əsas götürərək uzunmüddətli əməkdaşlığa dair razılıq əldə
etdilər. Məqsəd — ASP-nin effektiv diaqnostika və terapiya üsullarının
işlənməsi və tətbiqidir.