10 iyun 2025-ci il tarixində Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və
Qırğızıstan alimlərinin iştirakı ilə “Qocalmanın və uzunömürlülüyün fizioloji əsasları:
heroproteksiya üsulları” adlı multidissiplinar layihə üzərində çalışan beynəlxalq işçi
qrupunun onlayn görüşü keçirilmişdir. ARETN-nin akademik Abdulla Qarayev adına
Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz
Həşimova və institutun bir sıra aparıcı alimləri müzakirələrdə iştirak ediblər. Professor
Ulduz Həşimova öz çıxışında layihənin əhəmiyyətini vurğulayaraq, qocalmanın fizioloji
mexanizmlərinin öyrənilməsinə yönəlmiş planlaşdırılan tədqiqatların əsas istiqamətlərini
qeyd edib.
Görüş zamanı birgə işin əsas istiqamətləri, o cümlədən qocalmanın əsasını təşkil
edən molekulyar və hüceyrəvi proseslərin öyrənilməsi, yaşla bağlı xəstəliklərin
inkişafında stres və iltihabın rolunun təhlili, uzunömürlülüyə təsir edən genetik amillərin
qiymətləndirilməsi, uzunömürlülük modellərinin, immunofizioloji aspektlər də daxil
olmaqla yaşla bağlı fizioloji dəyişikliklərin öyrənilməsi, qocalmanın profilaktikası
üsullarının işlənib hazırlanması və sair məsələlər müzakirə edilmişdir. Potensial anti-
qocalma texnologiyası kimi hipoksik terapiyanın perspektivlərinə dair fikir mübadiləsi
aparılmışdır, bu üsulun effektivliyinin və təhlükəsizliyinin elmi əsasları diqqətə
çatdırılmışdır.
Müzakirələrin yekununda iştirakçı ölkələrin ixtisaslaşmış təşkilatlarının qabaqcıl
elmi potensialının inteqrasiyasına diqqət yetirilməklə layihə üzrə işlərin davam
etdirilməsinə dair razılıq əldə olunub.
25 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək
30 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək