13 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin birgə təşkilatçılığı ilə “Qayıdış: Ulu Öndər Heydər Əliyevin elmdə rolu” mövzusunda elmi vebinar keçirildi. Vebinar Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuşdu və əsas məqsədi gənc alimlər arasında elmi əməkdaşlığın gücləndirilməsi, həmçinin Azərbaycan elminin inkişaf perspektivlərinin birgə müzakirəsi idi. Tədbirin moderatoru, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun dissertantı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Nurullayeva çıxışında Heydər Əliyevin Azərbaycan elminin inkişafında oynadığı rolu və gənclərə verdiyi xüsusi önəmi vurğuladı. Vebinarda Fiziologiya İnstitutunun və Naxçıvan Dövlət Universitetinin aparıcı əməkdaşları çıxış edərək elm və təhsilin strateji əhəmiyyətini qeyd etdilər, gənc alimlər üçün yaradılan imkanlardan bəhs etdilər. Tədbirdə Afaq Nurullayeva tərəfindən “Heydər Əliyevin elm strategiyasında gənclər və birgə elmi əməkdaşlıq perspektivləri” mövzusunda və digər məruzələrdə Ulu Öndərin elmi sahəyə verdiyi töhfələr, xüsusilə gənc alimlərin inkişafı üçün formalaşdırdığı dəstək mexanizmləri, eləcə də akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlıq imkanları ətraflı təhlil olundu, tibbi təhsil sahəsində gənc alimlərin rolu və müasir çağırışlardan danışıldı. Tədbirin açıq müzakirə və təkliflər paneli hissəsində iştirakçılar arasında interaktiv fikir mübadiləsi aparıldı, birgə tədqiqatlar, ortaq elmi nəşrlər, yay məktəbləri və təcrübə proqramlarının təşkili ilə bağlı konkret təkliflər səsləndirildi. Vebinar elm və təhsildə əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gənc alimlərin potensialının reallaşdırılması baxımından mühüm addım kimi qiymətləndirildi. Tədbir sonda gələcək əməkdaşlıq planlarının müzakirəsi ilə yekunlaşdı. Tədbirdə ümumi olaraq 22 nəfər iştirak edirdi.
25 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək
30 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək