AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD1.08 Dissertasiya şurasında institutun əməkdaşı Quliyeva Rübabə Nazim qızının 2411.01- İnsan və heyvan fiziologiyası ixtisasında biologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Beynin neyrodegenerativ dəyişikliklərində torlu qişanın funksiyasının neyrofizioloji tədqiqi və bitki mənşəli ekstraktların kompensator proseslərə təsiri" mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Ulduz Həşımovadır.
Rübabə Quliyeva dissertasiya işinin aktuallığı, məqsədi, əsas müddəaları və aldığı nəticələr barədə ətraflı məlumat verib. Dissertasiya işində qoxu soğanağının zədələnməsi nəticəsində baş beynin və torlu qişanın struktur və funksional vəziyyətində, həmçinin bununla əlaqədar yaddaş funksiyalarında müşahidə olunan dəyişikliklər və sarıkökün bu patoloji prosesin inkişafı və gedişinə təsir mexanizmləri araşdırılmışdır. Əldə edilmiş nəticələr neyrodegenerasiya ilə bağlı eksperimental modellərin təkmilləşdirilməsi, həmçinin terapevtik potensiala malik təbii birləşmələrin ilkin effektivliyinin qiymətləndirilməsi üçün istifadə oluna bilər. Tədqiqat zamanı torlu qişada müşahidə olunan morfoloji dəyişikliklərin mərkəzi sinir sistemində baş verən patoloji prosesləri əks etdirə biləcəyi müəyyən edilmiş və bu dəyişikliklərin diaqnostik əhəmiyyəti təsdiqlənmişdir.
Dissertasiya ətrafında geniş müzakirələr aparılıb. İddiaçı şura üzvlərinin və iclas iştirakçılarının suallarını cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda iddiaçıya elmi dərəcə verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.
25 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək
30 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək