XƏBƏRLƏR Arxiv 29 Çap et
11.06.2025 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunda Gənc Alimlərin Elmi Seminarı Keçirildi

   11 iyun 2025-ci il tarixində Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə gənc tədqiqatçılar üçün elmi seminar keçirildi. Tədbirin əsas məqsədi gənc alimlərin elmi potensialının üzə çıxarılması, yeni tədqiqat istiqamətlərinin axtarışı və institut daxilində elmi fikir mübadiləsinin gücləndirilməsi idi. 

   İclasda Şuranın sədri, gənc alim Afaq Nurullayeva, sədr müavini İranə Qələndərli, katib Fatimə Cəfərzadə, eləcə də institutun müxtəlif laboratoriyalarında çalışan digər gənc alim və mütəxəssislər iştirak ediblər. 

   Seminarda Fiziologiya İnstitutunun dissertantı Aytən Muradova “Balıq qəlsəmələri hidroekosistemin bioindikatoru kimi” mövzusunda çıxış edib. Mövzu ekoloji və toksikoloji baxımdan aktual hesab olunaraq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimat zamanı balıq qəlsəmələrinin ekoloji vəziyyətin göstəricisi kimi rolu, istifadə edilən növlər və təcrübə zamanı nəzərə alınan yaş faktoru haqqında ətraflı məlumat verilib. 

   Seminarın yekununda, Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsünün əhəmiyyəti vurğulanaraq bu kimi tədbirlərin keçirilməsinə hərtərəfli dəstək verilməsi qərara alınıb.