XƏBƏRLƏR Arxiv 2103 Çap et
11.02.2020 / Maraqlı məlumatlar Çində koronavirusun səbəb olduğu sətəlcəm xəstələrinə yeni antivirus dərmanı veriləcək

Çin alimləri koronavirusun müalicəsində “Remdesivir” adlı dərmanın effektli olduğunu təsdiq ediblər. Dərmanın tərkibi “chloroquin” aktiv maddəsindən ibarətdir.

ABŞ-ın “Glead Sciences” əczaçılıq şirkəti tərəfindən hazırlanan “Remdesivir” artıq Ümumdünya Səhiyyə Təşkilatı və digər aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə klinik sınaqlardan keçirilib.

nytimes.com saytının məlumatına görə, Çinin “Hubey Wuhan Jinyintan” xəstəxanasında keçirilən mətbuat konfransında sınaq proqramının direktoru Cao Bin bu dərmanın Sars və Mers kimi digər betakoronoviruslar qrupu üçün də aktiv hesab olunduğunu bildirib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.