Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, 2020-ci ildə yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 07:49-da daxil olacaq.
Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.