XƏBƏRLƏR Arxiv 2517 Çap et
24.04.2020 / Yeni nəşrlər Fiziologiya İnstitutu "Evdə qal" çağırışlı videoçarx hazırlayıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlərini davam etdirir. Bu istiqamətdə İnstitutun növbəti addımı koronavirusla mübarizənin səmərəliliyinin artırılması və xüsusi karantin rejiminin qaydalarına riayət edilməsi məqsədilə əməkdaşların iştirakı ilə hazırlanan sosial çarx oldu.

Respublikada koronavirus pandemiyası ilə bağlı dövlət tərəfindən görülən zəruri tədbirlər, o cümlədən ölkədə infeksiyanın yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tətbiqi bu gün hər birimizin üzərinə yeni vəzifələr qoyur. Bu vəzifələrin dəqiq və məsuliyyətlə yerinə yetirilməsi dövlətin həyata keçirdiyi fəaliyyətin nə dərəcədə effektiv olduğunu şərtləndirən amillərdəndir. Bu fikirləri AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırlanan videoçarx zamanı səsləndirib.

Yerinə yetirilməsi çox asan, eyni zamanda sosial məsuliyyət tələb edən "Evdə qal" layihəsinə institutun əməkdaşları da qoşulub. Bu layihəyə qoşulmaqla əməkdaslar koronavirusla mübarizə aparan insanların fədakar işindən bəhs edib, insanları evdə qal çağırışına əməl etməklə özünü, ailə üzvlərini, yaxınlarını qorumağa səsləyiblər.

Sözügedən videoçarxı sizlərə təqdim edirik.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.