XƏBƏRLƏR Arxiv 3990 Çap et
19.09.2017 / Mühüm hadisələr Azərbaycan Herontoloqlar Cəmiyyəti Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasinin tərkibinə daxil edilmişdir

     Azərbaycan uzunömürlülüyün özünü ənənəvi populyasion fenomen kimi gostərdiyi respublikadır. Bu təsəvvür həm rəsmi statistik məlumatların, eləcə də KİV-də tez-tez rast gəlinən materialların əsasında yaranmışdır. Uzunömürlülüyün genetik və fizioloji mexanizmlərinin öyrənilməsi hal- hazırda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun önəmli tədqiqat istiqamətlərindən biridir.

     Respublikamızda fəaliyyəti və işi uzunömürlülük və uzunömürlülüyün yaşanması məsələlərini öyrənməklə bağlı olan digər təşkilat Azərbaycan Herontoloqlar Cəmiyyətidir ki, onun da əsas təşkilatçısı və prezidenti AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru  biologiya elmləri doktoru Ulduz Həşımovadır.

     Yarandığı ilk anlardan bu cəmiyyət əhalinin böyük yaş qruplarının yaşayışının keyfiyyətinin davamlı yüksəlməsi üçün, mərkəzi və ərazi dövlət orqanları, qeyri–kommersiya təşkilatları, alim və mütəxəssislərin nümayəndələrinin köməyi ilə tədbirlərin keçirilməsi yolu ilə; sosial herontologiya sahəsində təhsil proqramlarının yerinə yetirilməsi; ali və orta məktəblərdə müasir herontologiyanın əsaslarının tədrisi üçün elmi və metodiki köməyin  göstərilməsi;  dünyanın aparıcı herontoloji mərkəzləri və s. ilə əlaqələrin yaranması və saxlanması məsələlərını qarşısına  məqsəd qoymuşdur.

     Cəmiyyətin ən böyük son nailiyyətlərindən biri, elmin müvafiq bolmələri ilə məşğul olan ən böyük təşkilat, Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyası tərkibinə daxıl olmasıdır. BHHA cəmiyyətinin tərkibinə seçilmə 2017-ci ilin 23-27 iyulunda San–Fransiskoda keçirilən Beynəlxalq  Herontologiya və Heriatriya Konqresində vahid səsvermə ilə qəbul edilmişdir. Bu hadisənin rəsmi təsdiqi  bu ilin 19 sentyabrında BHHA–nın  mənzil- qərargahında  olmuşdur.

     Qeyd etmək lazımdır ki, Azərbaycan Herontoloqlar Cəmiyyətinin BHHA–nın üzvi olması beynəlxalq əlaqələr və imkanlara böyük perspektivlər açır  və dünya elmi cəmiyyətləri ilə birlikdə uzunömürlülük fenomenini öyrənmək üçün  proyektlərin hazırlanmasına maraqları artırır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.