XƏBƏRLƏR Arxiv 3557 Çap et
27.11.2018 / Mühüm hadisələr Fiziologiya İnstitutunun əməkdaşları MEK-ın Vikipediya təlimlərində iştirak ediblər

     AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Təlim Mərkəzində Fiziologiya İnstitutunun əməkdaşları üçün təlim keçirilib. Təlimdə İnstitutunun “Təbii mənşəli heroprotektorların farmakologiyası”, “Hüceyrənin morfofunksional plastikliyi” və “Neyrofi­zio­logiya” laboratoriyalarının əməkdaşları iştirak edib. Təlim Vikipediyada məqalələrin yerləşdirilməsinə dair bilik və bacarıqların formalaşdırılması məqsədi daşıyırdı. Təlimlərin ilk günündə, “Vikipediya”-nın yaranma tarixi və ümumi anlayışları haqqında geniş məlumatları MEK-ın Sərbəst elektron resurslar şöbəsinin Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova tərəfindən verilmişdir. Növbəti günlərdə təlim şöbənin mütəxəssisləri  Rəcəb Həsənbəyov və Nuray Tanrıverdiyeva tərəfindən keçirilmişdir. MEK-ın “Vikipediya”  təlimlərində iştirak edən - Fiziologiya İnstitutunun könüllüləri - “Azərbaycanda Fiziologiyanın inkişaf tarixi”, “Hipokineziya”, “Monoaminoksidaza”, “Amin turşuları”, “Psixofiziologiya”, ”Əsas mübadilə” və s. mövzularda məqalələr hazırlayıb fəal iştirak ediblər.

     27 noyabr 2018-ci il tarixində təlim keçən əməkdaşlar b.ü.f.d., a.e.i. Elmira Ağayeva, b.ü.f.d., a.e.i. Armilla Əzimova, k.e.i. Solmaz Qədimova, k.e.i Gülnarə Hüseynova sertifikat ilə təltif olunublar.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.