XƏBƏRLƏR Arxiv 3617 Çap et
13.12.2018 / Mühüm hadisələr Fiziologiya İnstitutunun elmi və elmi-təşkilati fəaliyyəti üzrə hesabat iclası keçirilib

 

     13 dekabr 2018-ci il tarixində Fiziologiya İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin iştirakı ilə institutun 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini Zeynal Əkpərov və Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov iştirak ediblər.

     İnstitutun direktoru b.ü.e.d. Ulduz Həşimova cari ildə institututda aparılan elmi tədqiqat işləri və alınan nəticələri, dövlət  proqramlarının  icrası  ilə  bağlı  görülən  işlər, xüsusi ilə də institutun əsas problemlərinə aid 12 mövzu üzrə 29 elmi-tədqiqat işi və 53 mərhələnin yetirilməsi haqqında ətraflı məlumat verib.

     Həmçinin, direktor Azərbaycan Milli Elmlər Akademiyası akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin Elmi əsərlərinin külliyyatı, Fiziologiya və biokimyanın problemləri XXXVI cildin çap olunması, əməkdaşlar tərəfindən 3 kitab, 81 məqalə, 37 tezis olmaqla 118 elmi əsər dərc edilməsi, onlardan da 36 məqalə və 23 tezis xaricdə, 15 məqalə isə impakt faktorlu jurnallarda dərc olunmasını bildirib. Hesabatda institutun beynəlxalq əlaqələrin genişləndirilməsi, institutun əməkdaşlarının beynəlxalq forumlarda iştiraki, ”Naftalan-2018”, “Hüceyrə texnologiyaları – gələcəyin texnologiyalarıdır” beynəlxalq tədbirləri, BMT-nın Malta Qocalma İnstitutunun direktoru professor Marvin Formozanın iş səfərinin təşkil olunması da qeyd olunub. Xüsusi diqqət 2018-ci ildə davam edən və həmin ildə yeni başlanan ümumi sayda 11 qrant layihəsi və institutun bazasında Bakı Dövlət Universitetinin “İnsan və heyvan fiziologiyası” kafedrasının filialının yaradılmasına ayrılmışdır.

     Ulduz Həşimova hazırda institutda elmlər doktoru hazırlığı üzrə 4 dissertant və 5 doktorant, fəlsəfə doktoru hazırlığı üzrə 9 dissertantın və 2 doktorant, magistraturada 4 magistrantın təhsil aldığını, Gənc alim və mütəxəssislər şurasının fəaliyyətinin nəticələri haqqında da məlumat verib.

     Sonda hesabat ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib və institutun 2018-ci il üçün illik hesabatı qəbul edildi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.