XƏBƏRLƏR Arxiv 1587 Çap et
02.10.2020 / Konfranslar, iclaslar Akademik Abdulla Qarayevin 110 illik yubileyinə həsr olunmuş onlayn konfransın iştirakçiları mükafatlandırllıb

Bu gün akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley çərçivəsində keçirilən “XXI ƏSR FİZİOLOGİYASI” gənc alimlərin elmi-praktik onlayn konfransında çıxış edən məruzəçilər sertifikatla təltif ediliblər.

Tədbiri giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev açıb. Akademik Abdulla Qarayevin Azərbaycanda fiziologiya məktəbinin əsasını qoyduğunu söyləyən alim bildirib ki, Respublikada insan və heyvan fiziologiyası sahəsində fundamental tədqiqatlar aparan ilk sərbəst akademik qurum məhz onun təşəbbüsü ilə Az.SSR EA-nın  Zoologiya İnstitutunda yaradılan Fiziologiya şöbəsi olmuşdur. Sonradan Rəyasət Heyəti yanında sektor statusu alan bu qurumun əsasında 1968-ci ildə Fiziologiya İnstitutu təsis olunmuşdur. Qeyd olunmuşdur ki, bugün akademik Abdulla Qarayevin adını daşıyan Fiziologiya İnstitutu onun uzun sürməyən rəhbərliyi dövründə irəli sürdüyü ideyaları inkişaf etdirir, Respublikada aparılan   fizioloji tədqiqatların koordinasiyasını həyata keçirir, gənc kadrların yetişdirilməsinə öz töhfəsini verir.

Konfrans çərçiəsində təşkil edilən müsabiqədə AMEA-nın Fiziologiya İnstitutu, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti və bir sıra digər təşkilatlardan gənc alimlərin hazırladığı məruzələr təqdim edilmişdi.

Müsabiqənin nəticələrinə görə Fiziologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Şövqi Hüseynova (I yer), Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının assistenti Aygün Cəfərovaya (II yer), Bakı Dövlət Universitetinin İnsan və heyvan fiziologiyası kafedrasının doktorantı Könül Həsənova (III yeri) və Fiziologiya İnstitutunun doktorantı Murad Sultanova (III yer) və digər məruzəçilərə sertifikatlar təqdim edilib, gələcək işlərində uğurlar arzulanıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.