XƏBƏRLƏR Arxiv 3223 Çap et
03.01.2019 / Maraqlı məlumatlar Fiziologiya İnstitutunun əməkdaşı Beynəlxalq Akademiyanın mükafatına layiq görüldü

     Bu günlərdə  Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının Rəyasət Heyətinin BMT-nın İctimai İnformasiya  Departamenti ilə birgə keçirdiyi iclasda  AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Ekotoksikologiya” laboratoriyasının müdiri, b.ü.f.d. Qriqori Palatnikov bəzi ətraf mühitin problemlərinin və təhlükəsizlik məsələlərinin həlli yollarının və vasitələrinin inkişafına verdiyi mühüm töhfələrə görə M.V. Lomonosov adına medala layiq görülüb.

     Qeyd etmək lazımdır ki, 2018-ci ilin may ayından b.ü.f.d. Qriqori Palatnikov həmin Akademiyanın həqiqi üzvüdür. Akademiya 1995-ci ildə ətraf mühitin ekologiyası və qorunması sahəsində  mövcud olan problemlərin həlli ilə məşğul olan alim və mütəxəssislərin fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılmışdır. Jores Alferov, Aleksandr Soljenitsın (Nobel mükafatı laureatları), Valentina Tereşkova, Mixail Piotrovskiy və digər məhşur insanlar bu Akademiyanın fəxri üzvləridir.

     Qriqori Palatnikov 40 ildən artıqdır ki, İnstitutda çalışır. Onun elmi fəaliyyətinin əsas istiqamətini ətraf mühitin müxtəlif çirklənmələrinin, o cümlədən neftlə çirklənmənin balıqların mərkəzi sinir sisteminə və davranışına təsirinin tədqiqi təşkil edir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.