18 yanvar 2019-cu il tarixində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 20 yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Əhməd Hacıyev açıb.
Bir dəqiqəlik sükutla davam edən tədbiri Ə.Hacıyev “20 yanvar faciəsindən 29 il ötürməsi, həmin günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azaddlıq səsini ucaltdığını, öz suverenliyi uğurunda cəsarət nümayiş etdiyi şərəfli bir tarixdir” kəlimələri ilə davam etdirib. O qeyd edib ki, bu tarix Azərbaycanın istiqlal yolunun zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olunması qeyd edilməlidir.
Daha sonra tədbir "Mühüt amilləri və analizatorların formalaşması" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev, "Təbii mənşəli heroprotektorların farmakologiyası" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Xanağa Babayev, "Uzunömürlülüyün fizilogiyası" laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova və "Gənc alim və mütəxəssislər" şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimovanın çıxışları ilə davam etdi.
Tədbir 20 yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə yekunlaşıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.