XƏBƏRLƏR Arxiv 3642 Çap et
21.02.2019 / Görüşlər Gənc alimlər "Horizon 2020" proqramına müraciət qaydalarından danışıb

      Bu gün Fiziologiya İnstitutunda növbəti maarifləndirici seminar keçirilib. Gənc Alim və Mütəxəssislər Şurasının təşkil ediyi görüşü Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Zenfira Qədimova Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydalarından danışıb.  

      “Horizon-2020” proqramı haqqında ümumi məlumat verən AMEA-nın Mərkəzi Nəbatət bağının Gənc alim və mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, “Horizon 2020” proqramında ərzaq təhlükəsizliyi istiqaməti üzrə milli əlaqələndirici şəxs  Fərid Seyfullayev "Horizon 2020"nin strukturundan söz açıb. Proqramın hüquqi aspektləri, tədqiqatçıların qeydiyyatdan keçməsi haqqında fikirlərini bölüşən F.Seyfullayev, eyni zamanda layihələrin yazılması, göndərilməsi qaydası, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi haqqında məlumat verib.       

      Daha sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun  “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, "Horizon 2020", Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi Zaur Həsənov "Horizon 2020" üzrə qalib layihəsi və onun mərhələləri barədə danışaraq təcrübələrini bölüşüb.

      Sonda qonaqlar tədbir iştirakçılarının suallarını cavablandırıb, gənclərə bu yolda uğur arzulanıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.