XƏBƏRLƏR Arxiv 1811 Çap et
07.01.2021 / Mühüm hadisələr Fiziologiya İnstitutunda online imtahan keçirilib

Magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini, tədris olunan fənlərin  nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Distant Təhsil Sistemi ilə fəaliyyət göstərir.

Bu gün “Eksperimental fiziologiyanın metodları” fənnindən qış sessiyasının ilk online imtahan keçirilib. “Ekotoksikologiya” laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Xədicə İsmayılova və “Təhsil” şöbəsinin mütəxəssisi Məlahət Əlizadənin iştirakı ilə baş tutan imtahanda “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə təhsil alan ikinci kurs tələbəsi, magistrant Əmrahova Şəms verilən sualları yüksək səviyyədə cavablandırmışdır. 

Qeyd edək ki, institutda magistratura səviyyəsi üzrə institut saytında mütəmadi olaraq müvafiq fənnlər üzrə mövzular yerləşdirilmiş, lazım olan materiallar tələbələrin ixtiyarına verilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.