AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 12 aprel 2019-cu il tarixdə Gənc fizioloqların Elmi Seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Zenfira Qədimova şuranın illik fəaliyyət planı ilə əlaqədar bir sıra məsələləri müzakirə edib, daha sonra məruzəçini auditoriyaya təqdim edib. İclasda “Ekotoksikologiya” laboratoriyasının dissertantı, kiçik elmi işçi Nigar Teymurovanın “Stress və digər faktorların sağlamlığa və qocalma proseslərinə təsiri” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə insan sağlamlığına təsir edən amillər, stress və qocalma problemləri haqqında məlumat verilmişdır.
Məruzənin sonunda cənub bölgəsində yaşayan uzunömürlülərin həyat tərzi və fizioloji vəziyyəti haqqında maraqlı slayd nümayiş etdirilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.