XƏBƏRLƏR Arxiv 2687 Çap et
11.07.2019 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak etmişdir

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun böyük elmi işçisi, “Görmənin fiziologiyası” yaradıcı qrupunun rəhbəri, biologiya üzrə elmlər doktoru Elmira Pənahova Moskva şəhərində ezamiyyətdə olub.

Rusiyanın Moskva şəhərində keçirilən XVI Psixoloji Avropa Kongressində Qocalma proseslərində neyrodegenerativ xəstəliklərin (Alzheymer xəstəliyi) eksperimental modelləşdirilməsi amiqdalyar və görmə analizator münasibətlərinin  neyrofizioloji tədqiqatların problemləri haqqında məruzə edilib. Məruzə zamanı Azərbaycanda bitən sarıkök və zəfəranın protektor və kompensator qismində yaşlı heyvanlarda istifadə edilməsi, qocalmada görmə-idarə etmə davranışı və yaddaşın formalaşmasının neyrofizioloji  tədqiqatı haqqında məlumat verilib.

Məruzə böyük maraqla qarşılanıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.