XƏBƏRLƏR Arxiv 2185 Çap et
14.02.2020 / Maraqlı məlumatlar Fiziologiya İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə bürünc medala layiq görülüb

11-13 fevral 2020-ci il tarixlərində Bakı şəhərində "Sabahın alimləri" IX Respublika müsabiqəsi keçirilib. Müsabiqədə Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksdə təhsil alan 11-ci sinif şagirdləri Əhməd-zadə Murad Samir oğlu və Balıyev Vəli Anar oğlu “Tibb və sağlamlıq” adlı olan müsabiqənin istiqaməti üzrə “Sinir sisteminin növündən asılı olaraq öyrənmə və yaddaş proseslərinin eksperimental pozğunluqlarının farmakoloji korreksiyası” adlı lahiyə bürünc medal ilə mükafatlanıb. Qaliblər diplom və Amerika Fizioloqlar Assosiasiyasının sertifikatına layiq görülüblər.

Qeyd edək ki, lahiyə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Ekotoksokoloqiya“ laboratoriyasının baş elmi işçisi, b.e.d. İsmayılova X.Y. rəhbərliyi altında yerinə yetirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.