XƏBƏRLƏR Arxiv 2319 Çap et
10.04.2020 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunda onlayn dərsləri davam etdirir

Məlumdur ki koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris dayandırılıb.

Magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini, tədris olunan fənlərin  nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA Fiziologiya İnstitutu da Distant Təhsil Sistemi ilə tədrisi davam etdirir.

Belə ki, institutda magistratura səviyyəsi üzrə təhsil alan magistrlar online formada, skayp vasitəsilə dərslər kecirilir. Əlavə olaraq institut saytında mütəmadi olaraq müvafiq fənnlər üzrə mövzular yerləsdirilmis, lazım olan materiallar tələbələrin ixtiyarına verilmişdir.

Dərslər, "İnsan və heyvan fiziologiyası" ixtisaslaşması üzrə magistrların I kurs II semestr üçün tərtib olunan dərs cədvəlinə uyğun distant formada keçirilir.  Magistrlara dərs proqramının tədrisi məqsədilə "Sərbəst radikal biologiyanın əsasları" fənni üzrə  fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev, "Biologiya informasiya texnologiyalari" fənnindən biologiya üzrə fəlsəfə doktoru, dosent Afiq Qazıyev, "Qan sisteminin fiziologiyadı" fənni üzrə biologiya üzrə fəlsəfə doktoru Xatirə Səfixanova, "Hemostazin fiziologiyasi" fənnindən biologiya üzrə fəlsəfə doktoru, dosent Musgunaz Abbasova distant tədris prosesinə cəlb ediliblər.

Qeyd edək ki, Distant tədris prosesi institut rəhbərliyinin və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir.

Dərslərə davamiyyət və qiymətləndirmə isə həm online, həm də mühazirələr üzrə aparılır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.