XƏBƏRLƏR Arxiv 2102 Çap et
20.07.2020 / Mühüm hadisələr Fiziologiya İnstitutunun əməkdaşı Harvard Universitetinin sertifikatlarına layiq görülüb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Ekotoksikologiya” laboratoriyasının kiçik elmi işçisi Fərhad Rüstəmov dünyanın məhşur universitetlərindən biri olan Harvard Universitetində (ABŞ) distant olaraq 2 kursu başa vurub və sertifikatlara layiq görülüb. Neyroelmin əsasları: neyronun elektrik xüsusiyyətləri (Fundamentals of Neuroscience Part 1: The Electrical Properties of the Neuron) və  Neyroelmin əsasları: neyronlar və şəbəkələr (Fundamentals of Neuroscience Part 2: Neurons and Networks) kurslarını uğurla başa vuran gənc alim bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın bəzi məhşur universitetləri müxtəlif elmi istiqamətlərdə pulsuz distant təhsil kursları təşkil edirlər. Belə ki, bu kurslarda online videomühazirələr, dünyanın məhşur universitetlərinin elmi nəşrləri, öyrənilən elm sahəsinə uyğun interaktiv diaqramlar, kursun materiallarına əsasən aparılmış eksperimental, kliniki və tətbiqi işlərin videogörüntüləri, təcrübi məşğələlərin video görüntüləri mövcuddur.  F.Rüstəmov onu da qeyd edib ki, elmin bu istiqamətində tədqiqatlara dair Nobel mükafatı almış məhşur alimlərin müsahibələri, sınaq testlərinin yer aldığı kurslarda distant təhsil almaq üçün ingilis dili səviyyəsi çox yüksək səviyyədə olmalıdır.

F. Rüstəmov eləcə də bildirib ki, online etibarlılıq şifrəsi olan beynəlxalq sertifikatlar dünyanın hər yerində tanınır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.